Qonaqlar qoruğun inzibati binasında yaradılmış kiçik muzey-tipli sərgi stendində nümayiş olunan arxeoloji artefaktlarla və qoruğun çap məhsulları ilə tanış olaraq, ərazinin müxtəlif arxeoloji dövrlərini əks etdirən tapıntılar barədə məlumat almışlar. Qoruq ərazisindən əldə olunmuş artefaktlardan nümunələr götürülərək onların material tərkibinin, mənşəyinin və istehsal texnologiyasının laborator şəraitdə müəyyənləşdirilməsi planlaşdırılır. Bu analizlər sayəsində tapıntıların dəqiq dövrləşməsi və arxeoloji kontekstdə yerinin müəyyənləşdirilməsi mümkün olacaqdır. Eyni zamanda aparılacaq radiokarbon və izotop tədqiqatları gələcəkdə qoruq ərazisindəki kurqanların, məskənlərin və maddi-mədəniyyət komplekslərinin elmi əsaslarla sistemləşdirilməsinə geniş imkan yaradacaqdır.
