Qoruğumuzun faunasından

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının əməkdaşları – baş elmi işçisi, biologiya elmləri doktoru Natalya Sneqovaya və böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimova “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində ekspedisiyada olublar. Ekspedisiya zamanı elmi tədqiqat planlarına uyğun olaraq çöl müşahidələri aparılıb, həşəratlar sinfinin müxtəlif dəstələrinə aid növlər toplanılıb.

Spread the love