
Kateqoriya: Xəbərlər


“27 sentyabr Beynəlxalq Turizm günü” ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlarda, muzeylərdə “açıq qapı” günü elan edilir.

“Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev və AMEA-nın üzvləri İmaş Hacıyev, Sabir Alhüseyinli ilə birlikdə Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Türk xalqlarının qeyri maddi –mədəni irsinin bir abidə kimi necə qorunması” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edərək “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğunu təmsil etmişlər.

Ağstafa rayonunda “Məhsul bayramı” qeyd olunmuşdur. Bu tədbirdə “Keşikçidağ” Dövlət tarix – mədəniyyət qoruğu da fəal iştirak etmişdir.

Heydər Əliyev adına mərkəzdə"Keşikçidağı" tanıyaq adlı rəsm müsabiqəsi

Qurtuluş günü münasibəti ilə Ağstafa rayon ”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və Ağstafa rayon Təhsil şöbəsinin dəstəyi ilə məktəblərdə şagirdlər arası “Tarix və mədəniyyət abidələrimiz gənc nəslin gözü ilə” adlı rəsm müsabiqəsi keçirildi.

10 dekabr 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə AMEA-nın əməkdaşları sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İmaş Hacıyev və tarix elmlər doktoru, profesor Arif Məmmədovla birlikdə arxeoloji ekspedisiya məqsədi “Keşikçidağ” Dövlət tarix- mədəniyyət qoruğu ərazisində qazıntı işlərində olmuşdurlar.

18 aprel 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin qoruqlar sektorunun müdiri Könül Cəfərova və Nərgiz xanım “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisinə 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər günü” münasibəti ilə Açıq qapı günündə yerində tanış olmaq üçün monitorinq keçirmişdirlər.

Yaddaş studiyası tərəfindən çəkilmiş ssenari müəllifi Yusif Şeyxov, rejissoru Rafiq Quliyev olan “Qədim Yurdun Daş Kitabəsi” adlı sənədli filmin təqdimat mərasimi keçirilmiş və qoruğun 3 dildə fəaliyyət göstərən Web saytı təqdim edilmişdir.

1 ci hissə 'Keşikçidağ' mağaralar kompleksində elmi tətqiqatlar davam edir

"Tarixi və memarlıq abidələri" rəsm müsabiqəsi

18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə qoruq ərazisinə şagirdlərin buraxılışı mümkün olmadığı üçün “Açıq Qapı günü”ndə qoruq əməkdaşları “İlham Əliyev adına zirvə”də abadlıq işləri aparmış və yeni tinglər əkmişlər.

"Qədim Yurdun Daş Kitabəsi" adlı sənədli filmin Ağstafa rayon Heydər Əliyev mərkəzində təqdimatı

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini şərqşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev , həmin İnstitutun elmi işçisi fəlsəfə doktoru Vüqar Kərimli qoruqda yerləşən tarixi abidələrlə tanış olmuş, mağaraların içərisində olan freskaları araşdırmışlar.

