2016-cı ilin 6 mart tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ərazidə yerləşən “İlham Əliyev adına zirvə” istiqamətindəki 600 metrlik turist yolunda təmizlik işləri aparmış və xeyli sayda şam tingləri əkmişdirlər. Mağaralara gedən yolun itən hissələri bərpa olunmuş, hər iki tərəfi rənglənmişdir.