2015-ci ilin 24 fevral tarixində ”Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları qoruq ərazisində mütamadi olaraq təmizlik işləri aparmış, ərazinin təbii landşaftına uyğun olaraq xeyli sayda şam, cır armud tingləri əkilmiş, mağaraya gedən yolun hər iki tərəfi quru otlardan təmizlənmiş, ağacların dibləri bellənmiş qurumuş budaqları budanmış və yol səliqəyə salınmışdır.