2015- ci ilin 15 iyul tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda mütamadi olaraq təmizlik, abadlıq və suvarma işləri aparılır. “İlham Əliyev adına zirvə” istiqamətindəki 600 metrlik turist yolunda əkilmiş şam tinglərinin dibləri bellənir, əhənglənir, quru otlardan təmizlənir. Mağaraya gedən yol və mağaralar qum qalıqlarından təmizlənir.

