Kateqoriya: Xəbərlər

19 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi Ağstafa rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə ənənəvi formadan fərqli olaraq Ağstafa rayon ümumtəhsil müəsisələrinin şagirdləri və onların valideyinlərinin iştirakı ilə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə bağlı intellektual yarış keçirilmişdir

Cari ilin yay aylarında yerli mütəxəssislərlə birgə "Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən Saqqızlı və Candargöldə elmi tədqiqat işləri aparılmışdır.
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun "Baku Cinema Breeze" beynəlxalq film festivalında təşkil edilmiş sərgisindən görüntülər
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin birgə təşkilatçılığı ilə çəkilən "Kür -çaylar anası" adlı tammetrajlı sənədli filmin bir hissəsi"Keşikçidağ"Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində çəkilmişdir
"Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4" adlı layihəmiz İTV-nin efirində. Təşəkkürlər İTV.

Ağstafa rayonunun ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə aparılan "Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4" adlı layihə həyata keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Türk Animasiya Assosiasiyası və digər kino və animasiya qurumlarının birgə təşkilatçılığı ilə 2-3 oktyabr 2024-cü il tarixində "Baku Cinema Breeze" Beynəlxalq Film Festivalı çərçivəsində Bakı Heydər Əliyev Mərkəzində "Baku Cinema Breeze 24" adlı sərgi təşkil olunmuşdur.

28.09.2024-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihəyə həsr olunmuş elmi seminar keçirilmişdir.

23.09.2024-cü il tarixində bölgədə yaşayan gənclərin ali təhsil imkanlarını gücləndirən BDU Qazax filialının müəllim kollektivi, tələbə və magistrları "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində aparılan arxeoloji qazıntılarla tanış olmaq məqsədilə burada olmuşlar.
"Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4" adlı layihəyə həsr olunmuş elmi seminara hazırlıq işlərindən görüntülər

Ölkəmizin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADA Universitetinin Qazax Mərkəzinin rəhbərliyi və magistrantları Ağstafa rayonunun ərazisində yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda aparılan arxeoloji qazıntılarda iştirak etmişlər.

27 Sentyabr Anım Günü münasibətilə ölkə ərazisində olduğu kimi Ağstafa rayonunda da silsilə tədbirlər həyata keçirilir.

