"Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi – 5" adlı layihə çərçivəsində həyata keçirilən tədqiqatlar nəticəsində "Yovşanlıdərə" kurqanlarından aşkarlanmış maddi-mədəniyyət nümunələri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov tərəfindən qrafik təsvir formasında sənədləşdirilir.

“Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihə çərçivəsində həyata keçirilən tədqiqatlar nəticəsində “Yovşanlıdərə” kurqanlarından aşkarlanmış maddi-mədəniyyət nümunələri Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, bərpaçı-rəssam Fərhad Fərmanov tərəfindən qrafik təsvir formasında sənədləşdirilir.
Sözügedən qrafik təsvirlər arxeoloji materialların morfoloji xüsusiyyətlərini, texnoloji və bədii detallarını vizual şəkildə əks etdirməklə, artefaktların elmi rekonstruksiyası və onların dövrünün mədəni xüsusiyyətlərinin daha dərindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qrafik materiallar həmçinin, qazıntı nəticələrinin sistemləşdirilməsi və gələcək elmi nəşrlərdə istifadəsi üçün əsas baza rolunu oynayır.


Spread the love