22.06.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihəsi çərçivəsində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuş, burada aşkarlanmış maddi-mədəniyyət nümunələrini – artefaktları yerindəcə müşahidə etmək imkanı qazanmışlar.

22.06.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialının müəllim və tələbələri “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi – 5” adlı layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuş, burada aşkarlanmış maddi-mədəniyyət nümunələrini – artefaktları yerindəcə müşahidə etmək imkanı qazanmışlar. Həmçinin tələbələrə burada arxeoloji qazıntı aparan alimlərin iştirakı ilə ustad dərs təşkil olunmuş və bu dərsdə gənclərə elmi-tədqiqat fəaliyyətinin əsasları, arxeoloji üsulları və gələcək fəaliyyət perspektivləri barədə ətraflı məlumat verilmişdir.

Spread the love