Qobustan Dövlət Tarix-Bədii Qoruğunun rəhbərliyi və əməkdaşları 21.07.2023-cü il tarixində Qərb bölgəsində yerləşən qoruqlara səfəri çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olmuşlar. Qonaqlar qoruğa məxsus kiçik muzeyde sərgilənən artefaktlarla, maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olmuşlar. Daha sonra dəyirmi masa ətrafında toplaşan əməkdaşlar hər iki qoruq arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və belə görüşlərin gələcəkdə bu istiqamətdə aparılacaq işlərdə böyük töhfələr verecəyini qeyd ediblər.