Tavatəpə qədim yaşayış yerində arxeoloji qazıntı aparan Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyasının üzvləri “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən, elmi dövriyyəyə yeni daxil edilmiş Keşikçidağ kurqanlarına baxış keçirmiş, aparılmış arxeoloji qazıntılarla tanış olmuşlar. Daha sonra qoruğun inzibati binasında dəyirmi masa təşkil olunmuş, qoruq ərazisində aparılacaq növbəti arxeoloji qazıntılar müzakirə olunmuşdur.