"Keşikçidağ" və "Avey" Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünası Elnur Tağıyevin iştirakı ilə Zoom platforması vasitəsilə İnsan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş maarifləndirici seminar keçirilmişdir.

“Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqlarının birgə təşkilatçılığı və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin hüquqşünası Elnur Tağıyevin iştirakı ilə Zoom platforması vasitəsilə İnsan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş maarifləndirici seminar keçirilmişdir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşlarının iştirak etdiyi seminarda insan hüquqları qorunması,korrupsiyaya qarşı mübarizə tədbirləri, cəmiyyətdə məlumatlılığın artırılması və bu istiqamətdə görülmüş işlərdən bəhs olunmuşdur.

Spread the love