“Heydər Əliyev irsinin və tariximizin gənc təbliğatçıları” adlı layihəmizin növbəti qonaqları Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri olmuşlar. Müəllimləri ilə birlikdə qoruq ərazisinə səfər edən məktəblilər burada yerləşən “İlham Əliyev adına zirvə” və bu istiqamətdə yerləşən mağaralarla yaxından tanış olmuşlar. Məktəblilərə qoruq əməkdaşları tərəfindən geniş məlumat verilərək, onları maraqlandıran suallar cavablandırılmışdır. Sonda qoruq ərazisində yerləşən “İlham Əliyev adına zirvə”nin önündə xatirə şəkli çəkdirilmişdir.