"Heydər Əliyev irsinin və tariximizin gənc təbliğatçıları" adlı layihə

“Heydər Əliyev ili” çərçivəsində Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğunun həyata keçirdiyi “Heydər Əliyev irsinin və tariximizin gənc təbliğatçıları” adlı layihəmizin bu dəfəki qonaqları Ağstafa rayon S.H.Məmmədov adına Poylu kənd tam orta məktəbin aşağı sinif şagirdləri olmuşlar. Müəllimləri ilə birlikdə qoruğumuzun inzibati binasına səfər edən məktəblilər burada yaradılmış kiçik muzeydə nümayiş olunan tarixi eksponatlara baxış keçirmişlər. Kiçik qonaqlarımıza qoruq əməkdaşları tərəfindən geniş məlumat verilərək, onları maraqlandıran suallar cavablandırılmışdır.

Spread the love