“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “18 may Beynəlxalq Muzeylər günü”nə həsr olunmuş “Muzeylərdə əcdadlarımızın çoxəsrlik tarixi əks etdirilir” adlı onlayn konfrans keçirilmişdir. Konfransda BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsibov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak edib. Konfransda “18 May Beynəlxalq Muzeylər Günü”nün qeyd olunmasının əhəmiyyətindən həmçinin qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrindən bəhs edilmişdir.