7.09.2016- cı il tarixində “27 Sentyabr Beynəlxalq Turizm Günü” kimi bütün dünyada qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ilə bağlı olaraq “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən respublikamızda və butün bölgələrdə “27 sentyabr Beynəlxalq Turizm günü” ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən qoruqlarda, muzeylərdə “açıq qapı” günü elan edilir. Hər il olduğu kimi bu əlamətdar günlərdə “Keşikçidağ Dövlət Tarix-mədəniyyət” qoruğuda Ağstafa rayon məktəblilərindən ibarət Keşikçidağ mağaralar kompleksinə ekskursiya və yürüşlər təşkil olunur. Keşikçidağ Dövlət Tarix-mədəniyyət qoruğunun əməkdaşları tədbirə hazırlıq olaraq “İlham Əliyev zirvə” sindən mağaralara gedən yolda və mağaralarda təmizlik işləri aparmış, Qüdrət bulağının ətrafını səliqəyə salmış, plakatları yeniləmişlər.