Belə ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini daim ehtiramla yad etmək münasibətilə ümumrayon tədbirində iştirak etmişlər. Qoruğun kollektivi Ulu Öndərin Ağstafa rayon Heydər Əliyev mərkəzinin önündə yerləşən abidəsinin önünə tər çiçək dəstələri qoyub, Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının yüz illiyinin tamam olmağı münasibətilə ‘Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “Heydər Əliyev-100” adlı dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada qoruq rəhbərliyi və əməkdaşları Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi uğrunda apardığı uzaqgörən siyasətdən, gördüyü işlərdən, tariximizə, abidələrimizə verdiyi dəyərdən bəhs etmişlər.