“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu olaraq “Heydər Əliyev ili” çərçivəsində Ağstafa rayon ərazisində yerləşən ümumtəhsil müəssələrində təhsil alan şagirdlərin iştirakı ilə “Heydər Əliyev irsinin və tariximizin gənc təbliğatçıları” adlı layihəyə start verilmişdir. Nəzərinizə çatdıraq ki, layihəmizin ilk qonaqları Ağstafa şəhər Texniki və Humanitar Təmayüllü liseyin 60-a yaxın yuxarı sinif şagirdləri olmuşdur. Hava şəraitinin küləkli, yağışlı olmasına baxmayaraq gənclərimiz əllərində bayraq, ürəklərində Ulu Öndər Heydər Əliyev sevgisi ilə tarixi irsimizi daha yaxından öyrənmək məqsədilə Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən mağaralar, onların divar və tavanlarında əks olunmuş freskalarla yaxından tanış olmuşlar. Əcdadlarımızın bizlərə dilsiz lakin əsrarəngiz mirası olan bu tarixi məkan məktəblilərdə xüsusi maraq doğurmuşdur.
Biz də”Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğu olaraq arzu edirik ki, gələcəyimiz olan bu uşaqlar daima tariximizə dəyər versin, Ulu Öndər Heydər Əliyev irsinin təbliğatçıları olsun, öz həyatlarını bu ideyalar üzərində qursunlar. Əziyyəti keçən hər kəsə öz təşəkkürümüzü, dərin minnətdarlığımızı bildiririk.