Hər il 18 Aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup müəllim heyəti “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuş və abidlərlə yaxından tanış olmuşlar. Qoruq əməkdaşları tərəfindən qonaqlara abidələr haqqında ətraflı məlumat verilmiş və onları maraqlandıran sualları cavablandırmışlar. 17 aprel 2023-cü il tarixində isə qoruğun inzibati binasında “Tarixi abidələrimizi qoruyaq” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada qoruğun direktoru və Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı çıxış edərək Keşikçidağ mağaralar kompleksinin o cümlədən bölgəmizin tarixi abidərindən, onların təbliği işindən bəhs etmişlər.