02.08.2016-cı il tarixində Azərbaycanın kütləvi-informasiya vasitələrindən biri olan ATV kanalı tarixi abidələrin təbliği ilə daim məşğul olur. Bu məqsədlə kanalın əməkdaşları Azərbaycanın qərb bölgəsində, Ağstafa rayonunun Görcüstan Respublikası ilə sərhəd zolağında yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar. Qoruğun direktoru Musa Mursaquliyev Keşikçidağ mağaralar kompleksində yerləşən mağaralar, onların divarlarına çəkilmiş freskalar, həmçinin bu ərazidə suyu şəfaverici və inanc yeri hesab olunan Qüdrət bulağı haqqında ətraflı məlumat vermişdir. Tədbirin sonunda qoruğun qonaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının şərəfinə ucaldılmış monumental abidə hesab olunan “İlham Əliyev adına zirvə” önündə olmuşlar. Belə tədbirlərin keçirilməsi Ağstafa rayonunun tanıdılmasına və turizmin inkişafına xidmət edir.