"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə "Tarixi abidələrimiz milli sərvətimizdir" adlı onlayn konfrans keçirilib.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Tarixi abidələrimiz milli sərvətimizdir” adlı onlayn konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin nümayəndəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak edib. Konfransda qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrindən, onların qorunub gələcək nəsillərə çatdırılmasından bəhs olunub.

Spread the love