31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Bu gün münasibətilə "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında "31 Mart-tarixi yaddaşımızdan silinməyən soyqırımı" adlı dəyirmi masa təşkil olunmuşdur.

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. Bu gün münasibətilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında “31 Mart-tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə müstəqil Azərbaycanın, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra qoruğun rəhbərliyi və əməkdaşları XX əsrin əvvəllərində törədilmiş soyqırımların miqyası və amansızlığı, minlərlə günahsız insanın qətlə yetirilməsi, həmçinin Ulu Öndər Heydər Əliyevin bu soyqırımlara verdiyi hüquqi-siyasi qiymətdən danışıb.

Spread the love