17 mart 2023-cü il tarixində Ağstafa rayon Heydər Əliyev adına istirahət parkında xalqımızın milli bayramı olan Novruz bayramı ilə əlaqədar bayram konserti təşkil olunmuşdur. Ümumrayon tədbirində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu da öz ənənəvi pavilionunu quraraq sərgi təşkil etmişdir. Sərgidə qoruğun tarixi abidələrini özündə əks etdirən suvenirlər, çap məhsulları eyni zamanda Novruz atributları nümayiş etdirilmişdir. Sərgi rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.