6 iyun 2016-cı il tarixində Ölkəmizin gözəlliklərini özündə əks etdirən və xalqımıza çatdıran “Xəzər” televiziyasının “ Yolçu” verilişinin bu dəfəki mənzili Ağstafa rayonu olmuşdur. Rayonun gəzməli-görməli yerləri ilə tanış olan televiziya işçiləri Ağstafa rayon Heydər Əliyev Mərkəzində yaradılmış Ekoturizm Mərkəzi ilə tanış olmuşlar. Burada onları “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları qarşılamışlar. Qoruğun əməkdaşları Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə yanaşı rayon ərazisindəki digər abidələrlə haqqında məlumat vermişdirlər.