8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyasının Ağstafa rayon ərazi birliyi tərəfindən keçirilən tədbirdə “Keşikçidağ”Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşı fəxri fərmanla təltif olunmuşdur. Daha sonra “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında bu əlamətdar gün münasibətilə dəyirmi masa keçirilmiş, qoruq rəhbərliyi tərəfindən qoruğun bir qrup əməkdaşı əmək fəaliyyətində yüksək peşakarlıq nümayiş etdirdikləri üçün fəxri fərmana layiq görülmüşlər. Əməkdaşlarımızın hər birini təbrik edir , onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayırıq.