“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “26 fevral Xocalı soyqırımının günahsız qurbanları” adlı onlayn seminar keçirilib.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “26 fevral Xocalı soyqırımının günahsız qurbanları” adlı onlayn seminar keçirilib. Seminarda məruzəçi kimi əməkdar tarix müəllimi İndira Səmədova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak edib. Həmçinin qoruğun inzibati binasında “Xocalı soyqırımının günahsız qurbanları” adlı dəyirmi masa təşkil olunub. Faciə qurbanlarının və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Spread the love