"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə "Arxeoloji irsimizin mühafizəsi" adlı onlayn konfrans keçirilib.

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə “Arxeoloji irsimizin mühafizəsi” adlı onlayn konfrans keçirilib. Konfransda AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqların əməkdaşları iştirak edib. Konfransda qoruq ərazisində aparılmış qazıntılar və aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələrindən bəhs olunub.

Spread the love