Ağstafada “Heydər Əliyev – Əsrin lideri” Nə? Harada? Nə zaman? adlı intellektual yarış keçirilib

28-29 yanvar 2023-cü il tarixlərində Ağstafa Rayon İcra Hakimiyyəti, Tovuz-Qazax Regional Təhsil İdarəsinin Ağstafa sektoru, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssəsi və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssisələrinin gənc tarix müəllimləri arasında “Heydər Əliyev – əsrin lideri” Nə? Harada? Nə zaman? adlı intellektual yarış keçirilib. Ağstafa şəhər 3 nömrəli tam orta məktəbdə təşkil olunmuş intellektual oyunda 15 komanda iştirak edib. İştirakçılar əvvəlcə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda aşkar olunmuş maddi-mədəniyyət nümunələri və qoruğa məxsus çap məhsullarının nümayiş olunduğu sərgi ilə tanış olublar. Üç mərhələdən ibarət intellektual yarışda Ümummilli liderin həyat və fəaliyyətini, irsini, o cümlədən bölgənin tarixi abidələrini əhatə edən suallar səsləndirilib. Sonda qaliblər mükafatlandırılıb. Həmçinin yarış iştirakçılarının bölgənin tarixi abidələrinə ziyarəti təşkil olunub.

Spread the love