23 yanvar 2023- cü il tarixində "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Qazax rayonunda Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə yaradılmış "Ahıllar Günərzi Qayğı Mərkəzi"ndə yaşayan yaşlı insanları ziyarət etmişlər.

23 yanvar 2023- cü il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları Qazax rayonunda Mərhəmət Kimsəsizlərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə yaradılmış “Ahıllar Günərzi Qayğı Mərkəzi”ndə yaşayan yaşlı insanları ziyarət etmişlər. Mərkəzin direktoru bildirib ki, buranın sakinlərinin rahat yaşaması üçün müəssisədə hər cür məişət şəraiti yaradılmış və mütamadi olaraq onlar tibbi müayinədən keçirilirlər. Görüşdə qoruğun direktoru Musa Mursaquliyev çıxış edərək qeyd edib ki, ölkəmizdə ahıllara və yaşlı insanlara hər zaman dərin ehtiram olub, onlar daim qayğı və nəvazişlə əhatə olunub. Daha sonra burada yaşayan ahıllar gündəlik həyat tərzlərindən, asudə vaxtlarını necə keçirdiklərindən, keçmiş xatirələrindən bəhs etmiş, onlara göstərilən bu diqqət və qayğıya görə minnətdarlıq bildirmişlər.

Spread the love