20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Ağstafada ümumrayon anım tədbiri keçirilib.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Ağstafada ümumrayon anım tədbiri keçirilib. Ağstafa rayon Şəhidlər Xiyabanında keçirilən ümumrayon tədbirində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun rəhbərliyi və əməkdaşları da iştirak ediblər. Şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla anılıb.

Spread the love