“Keşikçidağ” Dövlət tarix-tarix mədəniyyət qoruğunun inzibati binasında “20 Yanvar Ümumxalq Hüzn Günü” adlı dəyirmi masa təşkil olunmuşdur. Dəyirmi masada ilk öncə faciə qurbanlarının ruhları bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra qoruğun direktoru Musa Mursaquliyev və qoruğun əməkdaşları çıxış edərək bildirmişlər ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.