2016-cı ilin 5 may tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi , Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Təhsi şöbəsinin dəstəyi ilə birgə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Ağstafa rayon ərazisində yaradılan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ərazisinə 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər günü” ilə əlaqədar qoruq əməkdaşlarının iştirakı ilə üç ay ərzində ekskursiya və qoruq ərazisində ən hündür nöqtə olan Ali Baş Komandanın şərəfinə adlandırılmış “İlham Əliyev zirvə” sinə yürüşlər təşkil edilir. Tədbirdə iştirak edən şagirdlərə xüsusi geyim , üzərində Mədəniyyət və Turizm Nazirliyinin loqosu və sözü gedən qoruğun ərazisində yerləşən mədəniyyət abidələrinin təsvirləri əks olan gödəkcə, köynək və idman stilli baş geyimləri paylanmışdır.