Çaylı körpüsü Daş Salahlı kəndi ərazisində yerləşir. Bu körpüyə Haqverdi Ağa körpüsü də deyilir. Körpü bir tağlıdır və qaya daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün keçid hissəsinin üst örtüyü torpaqdandır. Tikilmə tarixi son orta əsrlərə aid edilir.