Keşikçidağ beynəlxalq arenada....

Keşikçidağ beynəlxalq arenada….
Qoruğun beynəlxalq arenada tanıdılması məqsədilə qoruq mütəm­adi olaraq beynəlxalq konfranslarda iştirak edir. Bunun davamı olaraq 16-18 dekabr 2022-ci tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “International Istanbul Modern Scientific Research Congress-IV” adlı beynəlxalq konfransda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizi Firuzə Məmmədova “Qədim türk tayfalarının məskən saldığı yurd-Keşikçidağ” adlı məqalə ilə iştirak etmişdir.
Təqdimatla müşayiət edilən məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, iştirakçılar məruzəçiyə suallar ünvanlamışlar. Sonda qoruq əməkdaşı konfrans təşkilatçıları tərəfindən sertifikatla təltif olunmuşdur.

Spread the love