"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq"

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Abbasov Zöhrab Natiq oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Abbasov Zöhrab Natiq oğlu Ağstafa rayonunun Eynallı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Abbasov Zöhrab Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Abbasov Zöhrab ölümündən sonra “Vətən uğrunda”, medalı ilə təltif olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love