Bu gün “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun baş fond mühafizi Məmmədova Firuzə tərəfindən “Keşikçidağ multikulturalizm örnəyi kimi” adlı onlayn elmi seminar təşkil olunmuşdur. Seminarda BDU-nun dosenti, sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü İmaş Hacıyev və digər qoruqların əməkdaşları da iştirak etmişdir. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən mağaraların divar və tavanlarında çəkilmiş freskalarda uzun müddət tədqiqat işləri aparmış, İmaş Hacıyev apardığı elmi tədqiqatların nəticələrindən bəhs etmiş, sonda ona ünvanlanan sualları cavablamışdır.


