BDU-nun professoru, filologiya elmləri doktoru Valeh Nəsibli "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olmuş, qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıntılar nəticəsində aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi kiçik muzeylə tanış olmuşdur.

01.12.2022-ci il tarixində BDU-nun professoru, filologiya elmləri doktoru Valeh Nəsibli “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun inzibati binasında olmuş, qoruq ərazisində aparılmış elmi-arxeoloji qazıntılar nəticəsində aşkarlanmış zəngin maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi kiçik muzeylə tanış olmuşdur. Daha sonra qoruq əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada qarşıda duran məsələlər müzakirə olunmuş və gələcəkdə qoruq ərazisində aparılacaq tədqiqatlar haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.

Spread the love