“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Məmmədli Turan Raqif oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Məmmədli Turan Raqif oğlu Ağstafa rayonunun Göycəli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Məmmədli Turan Cəbrayıl döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Məmmədli Turan ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!