“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ucsuz-bucaqsız Ceyrançöldə, daim küləkli ərazidə yerləşir. Bu səbəbdən qoruq ərazisində yerləşən qoruğa məxsus informasiya mərkəzinin ətrafında quraşdırılmış və küləyin təsirinə məruz qalmış məlumat lövhələri həmçinin mühafizə səddi qoruq əməkdaşlar tərəfindən mütəmadi olaraq təmir edilərək yenidən bərkidilir.