"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçisi Mehdiyeva Mələknisə tərəfindən "Keşikçidağda olan yeraltı mədəni təbəqə" adlı elmi seminar təşkil olunmuşdur.

24.11.2022-ci il tarixində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçisi Mehdiyeva Mələknisə tərəfindən “Keşikçidağda olan yeraltı mədəni təbəqə” adlı elmi seminar təşkil olunmuşdur. Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix elmləri namizədi, arxeoloq Pərviz Qasımov və digər qoruqların əməkdaşları da iştirak etmişdir. Keşikçidağ kurqanlar vadisində yerləşən Karvan, Qaltan, Sarıyoxuş 1 və 2 saylı kurqanlarda arxeoloji tədqiqat işləri aparmış, son tunc-erkən dəmir dövrünə aid zəngin maddi-mədəniyyət nümunələri aşkarlamış Pərviz müəllim apardığı qazıntıların nəticələrindən bəhs etmiş, sonda ona ünvanlanan sualları cavablamışdır.

Spread the love