“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Hüseynli Əliheydər Səlahəddin oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Qeyd edək ki, Hüseynli Əliheydər Səlahəddin oğlu Ağstafa rayonunun Qırılı anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hüseynli Əliheydər Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Hüseynli Əliheydər ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!