"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq"

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Namazov Taleh Zülfəli oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, Namazov Taleh Zülfəli oğlu Ağstafa rayonunun Düzqışlaq kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Namazov Taleh Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love