28 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycanda 2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə “Mədəni irsin qorunmasının aktual problemləri” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransda qoruğun əməkdaşları – Yusifzadə Lalə “Mədəni irsimiz-Keşikçidağ”, Hüseynova Fazilə “Keşikçidağda tarixi irsimizin gələcəyə ötürülməsi” adlı məruzələrlə çıxış etmişlər. Türkiyə, Rusiya, İndoneziya, Ukrayna, Özbəkistan kimi ölkələrdən məruzəçilərin qoşulduğu, ümumilikdə 100-ə qədər iştirakçının olduğu beynəlxalq konfransın sonunda məruzəçilər sertifikatla təltif edilmişdir.