“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Əmrahov Emin Əvəz oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər. Daha sonra şəhidin evində olmuş və valideynlərinə baş sağlığı vermişlər. Qeyd edək ki, Əmrahov Emin Əvəz oğlu Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Əmrahov Emin Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!