Beynəlxalq elmi konfrans

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində bu gün Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun təşəbbüsü ilə “Hüseyn Cavidin anadan olmasının 150 illiyi”nə həsr olunmuş Zoom platforması vasitəsilə təşkil olunmuş beynəlxalq elmi konfransa “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun elmi işçiləridə qoşulmuşlar. Murat Ertaş Türkiye Dil ve Edebiyat Derneği Erzurum Şöbəsinin rəhbəri(müdiri) və Ankara
Selçuk Üniversitesi Edebiyat Fakültesi Fars Dili ve Edebiyatı Bölümünün rəhbəri Prof. Dr. Ali Temizelin iştirak etdiyi konfransda çıxış edənlər Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında danışmışlar. Həmçinin ulu öndər Heydər Əliyev tərəfindən Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi xüsusi vurğulanmışdır.

Spread the love