AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları tarixçi-etnoqraf İsmayıl Umudlu və tarix üzrə fəlsəfə doktoru, tarixçi-etnoqraf Bəhmən Faziloğlu Qazax-Ağstafa bölgəsində elmi tədqiqatlar aparırlar. Bununla əlaqədar olaraq ilk öncə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində olmuşlar. Daha sonra qoruğun inzibati binasında qoruq əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masada qarşıda duran məsələlər müzakirə olunmuş və gələcəkdə qoruq ərazisində aparılacaq tədqiqatlar haqqında ətraflı fikir mübadiləsi aparılmışdır