“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Əhmədov Mahmud Fərman oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Əhmədov Mahmud Fərman oğlu Ağstafa rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhmədov Mahmud Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Əhmədov Mahmud ölümündən sonra “Vətən uğrunda”,”Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Allah şəhidlərimizə rəhmət eləsin!