"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq"

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Orucov Xudayat Vilayət oğlunun,Həsənov Elnur Elman oğlunun, Babayev Mustafa Elman oğlunun və Məmmədov Asəf Mehman oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Məmmədov Asəf, Orucov Xudayat, Həsənov Elnur və Babayev Mustafa Ağstafa rayonunda anadan olmuşlar. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Məmmədov Asəf, Həsənov Elnur, və Babayev Mustafa Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışlar. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Orucov Xudayat Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Məmmədov Asəf, Həsənov Elnur və Babayev Mustafa “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, Orucov Xudayat isə ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları təltif olunmuşlar.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love