“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq”layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 12.11.2022-ci il tarixində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Kərimov Sübhan Murtuz oğlunun, Mədədov Asif Nəsir oğlunun və Məmmədli Rüfət Vidadi oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Kərimov Sübhan Murtuz oğlu Ağstafa rayonun Qıraq Kəsəmən kəndində, Mədədov Asif Nəsir oğlu Ağstafa rayonunun Kolxəlfəli kəndində, Məmmədli Rüfət Vidadi oğlu Saloğlu qəsəbəsində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kərimov Sübhan Şuşa döyüşləri zamanı, Mədədov Asif Şuşa döyüşləri zamanı, Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Məmmədli Rüfət Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən Kərimov Sübhan ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə “, “Füzulinin azad olunmasına görə” medalları, Mədədov Asif “Vətən uğrunda”,”Döyüşdə fərqlənməyə görə , “Şuşanın azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları, Məmmədli Rüfət “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!