"Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq"

“Keşikçidağ olaraq Qarabağda şanlı tarix yazanların yanındayıq” layihəsi çərçivəsində “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları 10.11.2022-ci il tarixində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Babayev Orxan Sarvan oğlunun məzarını ziyarət edərək tər qərənfillər düzmüşlər.
Qeyd edək ki, Babayev Orxan Sarvan oğlu Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olub. Azərbaycan Ordusunun olan əsgəri olan Babayev Orxan Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Spread the love